2023-ci ilin may ayında Türkiyədə Azərbaycan kapitalı ilə 111 şirkət qeydiyyata alınıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 7 şirkət azdır.
Fins.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hesabat dövründə, qeydiyyata alınan Azərbaycan şirkətlərinin sayının azalmasına baxmayaraq, onların ümumi kapitalı artıb.
2023-cü ilin may ayında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (97) qeydiyyata alınıb. 2023-cü ilin may ayında Türkiyədə Azərbaycan kapitalı ilə 59 topdan və pərakəndə ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.
Zəminə Hüseyn
Fins.az