DÜNYA

24 İyun

Türkiyə qlobal rəqəmsal bazardan 0,001 % pay alır

"Qlobal informasiya və kommunikasiya bazarında 0,005% paya malik Türkiyə qlobal rəqəmsal iqtisadiyyat bazarında 0,001% payla 38-ci yerdədir."

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, bunu İnformatika Sənayeçiləri Dərnəyi (TÜBİSAD) İdarə Heyətinin sədri Mehmet Ali Tombalak bildirib.

Tombalak, qlobal bazarda böyümək üçün texnologiya təhsili verən şirkətlərin birləşdirilməsi və ixtisaslı işçi qüvvəsi boşluğunu aradan qaldırmaq üçün prioritetləşdirilməsi lazım olduğunu vurğulayıb.

Onu da əlavə edib ki, Türkiyədə informasiya və rabitə sektorunda işləyənlərin sayı 213 min nəfər olduğu halda, Almaniyada bu rəqəm 1,2 milyona çatıb. Türkiyədə proqram təminatı üzrə təhsil verən qurumların sayı artırılmalıdır. Texnologiya təhsili verən qurumları ayıracağıq. Rumıniya, Ukrayna və Polşadan geri qaldıq, ona görə də bu prosesi dəyişdirməliyik.

Zəminə Hüseyn
Fins.az