DÜNYA

24 İyun

ABŞ-ın istehsal sənayesi iyun ayında aşağı düşüb

SP Global iyun ayı üçün ABŞ-ın aparıcı istehsal, xidmət və kompozit Satınalma Menecerləri İndeksi (PMI) məlumatlarını açıqlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, istehsal sənayesi PMI iyun ayında bir əvvəlki aya görə 2,1 bal azalaraq 46,3-ə gerilədi.

Bazar gözləntiləri indeksin bu dövrdə 48,5 səviyyəsində olacağı idi. 

ABŞ-da xidmət sektoru PMI isə iyun ayında bir əvvəlki ayla müqayisədə 0,8 bal azalaraq 54,1-ə düşüb. Xidmətlər sektorunda genişlənmənin bu dövrdəki azalmaya baxmayaraq davam etdiyini göstərən indeks may ayında 54,9 olaraq qeyd edilib. İstehsal və xidmət sektorlarını əhatə edən kompozit PMI də iyun ayında aylıq 1,3 bənd azalaraq 53-ə düşüb.

Zəminə Hüseyn
Fins.az