Böyük Britaniyada illik inflyasiya may ayında dəyişməyərək 8.7 faiz olub, baza inflyasiyası isə 7.1%-ə yüksəlib.
Britaniya Milli Statistika İdarəsi (ONS) may ayı inflyasiya göstəricilərini açıqlayıb.
Hesabata görə, illik inflyasiya may ayında 8.7% olaraq sabit qaldı. Proqnozlar inflyasiyanın 8.4%-ə qədər azalacağı yönündə idi.
Böyük Britaniyada baza inflyasiyası isə may ayında 7.1%-ə yüksəlib ki, bu da 1992-ci ilin martından bəri ən yüksək səviyyədir. Xatırladaq ki, baza inflyasiyası aprel ayında 6.8%%-ə yüksəlmişdi.
Ərzaq qiymətlərində inflyasiyası may ayında 18.4%, xidmət sektorunda isə inflyasiyası 7.4%-ə yüksəlib.
Bu ilin mart ayında 10.1% olan inflyasiya aprel ayında 8.7%-ə düşmüşdü. İngiltərədə ərzaq qiymətlərindəki inflyasiyası aprel ayında 19.1% ilə olmuşdu.
İngiltərədə inflyasiya 2022-ci ilin oktyabrında 11.1%lə son 41 ilin ən yüksək səviyyəsinə çatıb.
İnflyasiyanı azaltmaq üçün 2021-ci ilin dekabr ayından etibarən monetar siyasətini sərtləşdirən İngiltərə Mərkəzi Bankı (BoE), bu tarixdən etibarən faiz dərəcələrini ardıcıl 12 dəfə artıraraq uçot faiz dərəcəsini 4.50%-ə yüksəldib.
Sabah Pul Siyasəti Komitəsinin iclasında BoE-nin faiz dərəcələrini əlavə 25 baza bəndi artıracağına analitiklər dəqiq gözü ilə baxırlar.
Böyük Britaniyanın baş naziri Rişi Sunak bu il inflyasiyanın yarıya endirilməsi öhdəliyi götürüb, eyni zamanda BoE-nin əsas məqsədi inflyasiyanın 2%-ə çatdırılması və bu səviyyədə saxlanılmasıdır.