İsveçin musiqi platforması Spotify Avropa İttifaqına üzv ölkələrdə istifadəçilərinin məlumat əldə etmə hüquqlarını pozduğuna görə 5 milyon avro cərimələnib.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, aylıq 527 milyondan çox aktiv istifadəçisi, o cümlədən 210 milyon ödəniş edən abunəçisi olan Spotify, tələb olunan bütün şəxsi məlumatları və beynəlxalq məlumat ötürülməsi ilə bağlı ətraflı məlumatları təqdim etmədiyi üçün cəzalandırılıb.
Məlumatların pozulmasına görə Spotify-a qarşı açılan iddia ilə bağlı ilk şikayət 2019-cu ildə edilib.
Zəminə Hüseyn
Fins.az