Bu barədə ölkənin Federal Statistika İdarəsi (Destatis) məlumat yayıb.
Fins.az xəbər verir ki, Almaniyada may ayında illik inflyasiya, bir ay əvvəlki 7.2%-dən 6.1%-ə enib.
May ayı üzrə istehlak qiymətləri indeksi, yekun hesablamaya görə, 0.1% azalıb. Aprel ayında qiymət artımı 0.4% təşkil edib.
Açıqlanan göstəricilər proqnozlarla üst-üstə düşüblər. Ölkədə istehlak qiymətləri Aİ standartlarına uyğun olaraq (uyğunlaşdırılmış istehlak qiymətləri indeksi) yekun qiymətləndirməyə əsasən, illik ifadədə 6.3% artıb.