Türkiyə İxracatçılar Məclisinin (TİM) məlumatına görə, Türkiyənin son 12 ayda ixracatı mayın sonunda 254,4 milyard dollara çatıb.
Fins.az "Anadolu Ajansı"na istinadən xəbər verir ki, Türkiyənin ilk 5 ayda mebel, kağız və meşə məhsulları ixracatı keçən ilin eyni dövrü ilə müqayisədə 3,3 milyard dollar olub.
Sözügedən dövrdə cəmi 202 ölkəyə ixrac edilərkən, 8 ölkəyə 100 milyon dollardan çox, 129 ölkəyə isə 1 milyon dollardan çox mebel, kağız və meşə məhsulları ixrac edilib.
Zəminə Hüseyn
Fins.az