DÜNYA

09 İyun

Çində defilyasiya təzyiqləri artır

Çinin Milli Statistika Bürosu (UIB) ölkədə qiymət artımları ilə bağlı 2023-cü ilin may ayı məlumatlarını açıqlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, istehsalçı qiymətlərində davam edən eniş və Çində istehlak qiymətlərindəki durğunluq deflyasiya riski ilə bağlı narahatlıqları artırıb.

Aprel ayında İstehsal Qiymətləri İndeksi (ÜFE) əvvəlki ilin eyni dövrünə görə 4.6% azalarkən, İstehlak Qiymətləri İndeksi (ÜFE) 0.2% artıb.

İstehsal qiymətlərininin may ayında da azalması fonunda eniş tendensiyası ardıcıl 7-ci ayda da davam edərkən, istehlak qiymətlərinin gözləntilərin altındakı cüzi artım orta və uzunmüddətli deflyasiya riskinə siqnal olaraq qəbul edilir.