ABŞ Əmək Departamenti həftəlik işsizlik müraciətləri ilə bağlı məlumat açıqlayıb.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, hesabata görə ölkədə ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 3 iyunda bitən həftədə əvvəlki həftə ilə müqayisədə 28 min nəfər artaraq 261 minə yüksəlib.
Proqnozları aşan və 30 oktyabr 2021-ci ildən bəri ən yüksək səviyyəyə çatan işsizlik müavinəti müraciətlərinin bu dövrdə 235 min olacağı ehtimal edilirdi.
Əvvəlki həftəki işsizlik müavinəti üçün müraciətlərin sayı isə 232 mindən 233 minə revize edilib.
Keçən həftə etibarilə 4 həftəlik orta işsizlik müavinəti müraciətləri bir əvvəlki həftəyə görə 7 min 500 nəfər artaraq 237 min 250 nəfərə yüksəlib.
İşsizlik müavinəti üçün təkrar müraciətlərin sayı isə 27 May ilə bitən həftədə 37 min nəfər azalaraq 1 milyon 747 minə yüksəldi.
Analitiklər, işsizlik müavinəti üçün müraciətlərin ardıcıl üçüncü həftə artdığını və bunun əmək bazarının gücünün azaldığına işarə ola biləcəyinə diqqət çəkirlər.
Zəminə Hüseyn
Fins.az