Türkiyədə Biznes Aktivliyi İndeksi (PMI) may ayında dəyişməyərək 51.5 bənd səviyyəsində qaldı.
Fins.az xəbər verir ki, sözügedən mülayim yaxşılaşma aprel ayında açıqlanan göstərici ilə eyni səviyyədə qalıb və bu, 2021-ci ilin sonundan bəri ən yüksək göstərici hesab edilir.
Ardıcıl beşinci aydır ki, 50 balans səviyyəsinin üzərində açıqlanan indeks, Türkiyədə istehsal sektorunun iş şəraitindəki yaxşılaşmanın davam etdiyinə diqqət çəkib.