DÜNYA

07 İyun

Çinin  qızıl ehtiyatları may ayında təxminən 16 ton artıb

Çin 7-ci ay ardıcıl olaraq qızıl ehtiyatlarını artırır ki, bu da dünya mərkəzi banklarının sarı metala güclü tələbinin artmaqda davam etdiyini göstərir.

Fins.az xəbər verir ki, Çin Xalq Bankının (PBOC) açıqladığı məlumatlara görə, qızıl ehtiyatları may ayında təxminən 16 ton artıb.

Noyabr ayından keçən aya qədər ümumilikdə 144 ton əlavə qızıl alışından sonra ümumi ehtiyatlar indi 2092 ton ətrafındadır.

Qızıl ehtiyatlarının unsiya ekvivalenti 66.76 milyon unsiyadan 67.27 milyon unsiyaya yüksəlib.

Dəyər baxımından ehtiyatlarda cüzi azalma olub. Əvvəlki ayda 132.4 milyard dollar olan valyuta ehtiyatları keçən ay 132.15 milyard dollara geriləyib. Bu da qızılda müşahidə olunan hazırki enişlərlə əlaqədadır.

Dünyanın ən böyük valyuta ehtiyatına sahib olan Çində valyuta rezervləri may ayında 3 trilyon 177 milyard dollara qədər azalıb. Əvvəlki ayda 3 trilyon 205 milyard dollar olan ehtiyatların 3 trilyon 180 milyard dollara qədər azalacağı proqnozlaşdırılırdı.