DÜNYA

07 İyun

ABŞ-ın xam neft hasilatının artacağı gözlənilir

ABŞ-da bu il orta gündəlik xam neft hasilatının 12 milyon 610 min barel civarında olacağı gözlənilir. Keçən il bu rəqəm təxminən 11 milyon 890 min barel olaraq qeyd edilmişdi. 2024-cü ildə hasilatın 12 milyon 770 min barrelə yüksələcəyi hesablanır.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, hesabatda ABŞ-ın xam neft hasilatının bu il və gələn il rekord səviyyələrə çatacağı, lakin artan istehsal xərcləri və şirkətlərin dividendlərini artırmaq üçün yeni hasilatlara daha az sərmayə qoyması səbəbindən yerli istehsalın artım tempinin yavaşlayacağı bildirilib.

Qlobal neft hasilatının bu il gündəlik 101 milyon 370 min barrel, gələn il isə 102 milyon 690 min barrel olacağı təxmin edilir.

Qlobal neft hasilatında OPEC+ qrupunun hasilatı azaltmalarına baxmayaraq bu il və gələn il artım gözlənilir və sözügedən artımın daha çox OPEC-ə daxil olmayan ölkələr hesabına olacağı gözlənilir.

Qlobal neft tələbinin bu il gündəlik 101 milyon 10 min barrel, gələn il isə 102 milyon 710 min barrel olacağı gözlənilir. İlin qalan hissəsi və bu il üçün qlobal istehlakda gözlənilən artımın Çin və Hindistan başda olmaqla OECD üzvü olmayan Asiya ölkələrindən olacağı gözlənilir. Bu ölkələrdə benzin və təyyarə yanacağı kimi maye yanacaq istehlakının bu il və gələn il rekord həddə çatacağı təxmin edilir.

Zəminə Hüseyn
Fins.az