DÜNYA

07 İyun

Çinin ixracı gözləniləndən çox azalıb

Çinin ixrac və idxalı may ayında keçən ilin eyni dövrü ilə müqayisədə zəifləyib.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, ixrac ABŞ dolları ilə ifadədə illik müqayisədə 7,5 faiz azalaraq iqtisadçıların 0,4 faizlik proqnozlarını üstələyib. İdxal isə illik müqayisədə 4,5 faiz azalıb. İqtisadçılar 8 faizlik azalma gözləyirdilər.

Ticarət profisiti gözləntilərdən aşağı düşüb və 65,81 milyard dollar təşkil edib.

Zəminə Hüseyn
Fins.az