Yaponiyada bütün ev təsərrüfatlarının xərcləri aprel ayında illik müqayisədə 4,4 % azalıb.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, iqtisadçıların gözləntisi artımın 2,3 % olacağı idi.
Bu, 2021-ci ilin iyulundan bəri ən kəskin azalmadır və 2022-ci ilin noyabrından bəri ev təsərrüfatlarının xərcləri altı ayda beşinci dəfə azalır.
Zəminə Hüseyn
Fins.az