DÜNYA

05 İyun

Aprel ayında Avrozonada istehsalçı qiymətləri artıb

Avropa Statistika İdarəsi (Eurostat) Avropa İttifaqı (Aİ) və Avrozona ölkələrinin aprel ayı istehsalçı qiymətləri indeksi (ÜFE) məlumatlarını dərc edib.

Fins.az "Anadolu Ajansı"na istinadən xəbər verir ki,  Avrozonada istehsalçı qiymətləri indeksi (ÜFE) aprel ayında illik müqayisədə 1 % artıb.

Məlumatlara görə, Aİ-də ÜFE aprel ayında əvvəlki ayla müqayisədə 2,9 % azalıb, 2022-ci ilin aprel ayına görə isə 2,3 % artıb.

Avrozonada ÜFE aprel ayında aylıq bazda 3,2 % azalıb.

Zəminə Hüseyn
Fins.az