DÜNYA

02 İyun

ABŞ-da məşğulluq gözləntiləri üstələdi

ABŞ Əmək Departamenti may ayı üzrə məşğulluq hesabatını açıqlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki,  ABŞ-da təsərrüfatdan kənar məşğulluq may ayında 339 min nəfər artaraq gözləntilərin üstündə olub, bu dövrdə 195 min adam artması gözlənilirdi.

İşsizlik nisbəti isə 3,7 % oldu. Gözlənti 3,5 % olacağı idi.

Zəminə Hüseyn
Fins.az