Ticarət Nazirliyinin açıqladığı məlumatlara görə, Fərdi İstehlak Xərcləri (PCE) qiymət indeksi mart ayında 4.2%-kən aprel ayında artaraq 4.4%-ə çatıb.
Fins.az xarici mənbəyə istinadən xəbər verir ki, iqtisadçılar artımın 3.9%-ə qədər azalacağını proqnozlaşdırmışdılar.
Göstərici aylıq müqayisədə proqnozlaşdırıldığı kimi 0.1% artaraq 0.4%-ə yüksəlib.
Eyni zamanda, dəyişən qida və enerji xərclərini istisna edən baza indeksi illik müqayisədə 4.7% və aylıq müqayisədə isə 0.4% artıb. Proqnozlar isə müvafiq olaraq 4.6% və 0.3% idi.
Rəqəmlər FED rəsmilərinin iyun toplantısında mühüm qərarla üzləşdiyi bir vaxta təsadüf edir.
Zəminə Hüseyn
Fins.az