DÜNYA

26 May

Tokioda inflyasiya yavaşladı

Tokioda əsas istehlak qiymətlərindəki artım tempi aşağı düşüb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, Yaponiyanın paytaxtında baza inflyasiyası may ayında illik müqayisədə 3,2 % artaraq, aprel ayında müşahidə edilən 3,5 % artımdan daha yavaş olub.

Tokionun təzə qida istisna olmaqla istehlak qiymətləri indeksi iqtisadçıların 3,3 % proqnozundan aşağı düşüb. Ümumi inflyasiya da 3,2 % artıb.

Zəminə Hüseyn
Fins.az