Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) Həftəlik Pul və Bank Statistikaları açıqlanıb.
Fins.az "Anadolu Ajansı"na istinadən xəbər verir ki, bankın cəmi ehtiyatları 3 milyard 537 milyon dollar azalaraq 101 milyard 590 milyon dollara gerilədi.
Müvafiq olaraq, mayın 18-nə Mərkəzi Bankın ümumi valyuta ehtiyatları 1 milyard 990 milyon dollar azalaraq 58 milyard 825 milyon dollar olub. Ümumi valyuta ehtiyatları mayın 12-də 60 milyard 815 milyon dollar səviyyəsində olub.