DÜNYA

25 May

Dünya bazarlarının əsas indeks göstəriciləri

Mayın 24-də Amerika fond bazarında Dow Jones indeksi 0.77% – 32,799.92 bəndədək, SP 500 indeksi 0.73% – 4,115.24 bəndədək, Nasdaq indeksi isə 0.61% – 12,484.16 bəndədək azalıb.

Fins.az xəbər verir ki, Avropa fond bazarlarında mayın 24-də Almaniyanın DAX indeksi 1.92% – 15,842.13 bəndədək, FTSE 100 indeksi 1.75% – 7,627.10 bəndədək, Fransanın CAC-40 indeksi isə 1.70% - 7,253.46 bəndədək azalıb.

Avro isə ABŞ dolları qarşısında ötən günlə müqayisədə 0.14% dəyər itirərək 1.0735 dollara bərabər olub.