DÜNYA

24 May

Bu il Tuzla limanının qəbul etdiyi yüklərin həcmi açıqlanıb

2023-cü ilin yanvar-aprel aylarında Türkiyənin İstanbul şəhərində yerləşən Tuzla limanı 1 milyon 567 min 371 ton yük qəbul edib.

Fins.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Tuzla limanından Türkiyə bayrağı altında üzən gəmilərlə 998 min 729 ton, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 568 min 642 ton yük daşınıb.

"2023-cü ilin yanvar-aprel aylarında Türkiyənin Tuzla limanından 84 min 466 ton tranzit yük aşırılıb", - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2023-cü ilin aprel ayında Türkiyə limanları 33 milyon 600 min 55 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 391 min 265 ton təşkil edib.