ABŞ-ın texnologiya nəhəngi "Apple", ölkədə istehsal olunan komponentlər üçün "Broadcom" ilə çoxillik, milyard dollarlıq razılaşdığını açıqladı.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, müqavilə çərçivəsində "Broadcom FBAR" filtrləri daxil olmaqla 5G radiotezlik komponentləri və ən müasir simsiz əlaqə komponentləri hazırlayacaq.
Açıqlamada, 5G texnologiyasının gələcək nəsil istehlakçı elektronikasının gələcəyini formalaşdırdığı və "Apple"ın ABŞ-da bu sahəni inkişaf etdirmək üçün on milyardlarla dollar xərclədiyi vurğulanıb.