OECD Hökumətinin Borc Alma Görünüşü 2023 məlumatlarına görə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrinin borclanma tələbinin 2022-ci ilə nisbətən 6 faiz artaraq bu il 12,9 trilyon dollara çatacağı gözlənilir.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu rəqəm ötən il 12,2 trilyon dollar olub.
2020-ci ildə dövlətlərin borc ehtiyacları 15,4 trilyon dollara çatıb. Hesabata görə, dövlətlər 10 il əvvələ nisbətən 45 faiz artıq borc alırlar.
Zəminə Hüseyn
Fins.az