Siemens AG 2023-cü ilin ikinci rübündə də güclü artım tempini qoruyub.
Fins.az "Dünya Gazetesi"nə istinadən xəbər verir ki, Siemens 2023-cü ilin 2-ci rübündə gəlirini müqayisəli əsasda 15 faiz artıraraq 19,4 milyard avroya (2022-ci ilin 2-ci rübü: 17 milyard avro) çatdırıb.
Sifarişlər də müqayisəli əsasda 15 faiz artaraq 23,6 milyard avroya (2022-ci rüb: 21 milyard avro) çatıb ki, bu da əsasən Nəqliyyat biznesində ən yüksək rüblük sifariş qəbulundan qaynaqlanır.
Zəminə Hüseyn
Fins.az