DÜNYA

15 May

Avtomobil istehsalçısı 5 milyard dollar qazandı

Yaponiyanın avtomobil şirkəti "Honda Motor"un 2022-ci maliyyə ilində xalis mənfəəti 1,7% azalaraq 5,2 milyard dollar təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə şirkət məlumat açıqlayıb.

Son maliyyə ilində şirkətin əməliyyat mənfəəti 3,7% azalaraq 6,24 milyard dollar, satış gəlirləri isə 16,2% artaraq 125,8 milyard dollar olub.

Məlumata görə, artan xammal xərcləri, yarımkeçirici təchizatı problemi və Çində pandemiya ilə bağlı bir müddət tətbiq olunan məhdudiyyətlər avtomobil istehsalçısının mənfəətini azaldıb.

Eyni zamanda, "Honda" 2022-ci maliyyə ilində 3,69 milyon avtomobil satıb.