DÜNYA

15 May

Aprel ayında ABŞ-da idxal və ixrac qiymət indeksləri artıb

ABŞ Əmək Departamenti aprel ayı idxal və ixrac qiymətləri indeksi məlumatlarını açıqlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, ABŞ-da aprel ayında aylıq bazda idxal qiymətləri indeksi 0,4 %, ixrac qiymətləri indeksi isə 0,2 % artıb.

Bazar gözləntiləri bu dövrdə idxal qiymətləri indeksinin 0,3 % artması idi. Aprel ayında ixrac qiymətləri indeksi illik bazda 5,9 % azalıb.

Zəminə Hüseyn
Fins.az