DÜNYA

12 May

Dünya iqtisadiyyatının 2.6% böyüyəcəyi proqnozlaşdırılır

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) bu il dünya iqtisadiyyatının 2.6% böyüyəcəyini proqnozlaşdırır.

Fins.az xəbər verir ki, bu barədə qurumun aylıq hesabatında deyilir.

Qurum 2022-ci il üçün iqtisadi artım tempini isə 3,3%-ə yüksəldib. Məlumata görə, qlobal iqtisadiyyat çətinliklərin öhdəsindən gəlməyə davam edir.

Eyni zamanda, agentlik bu il ABŞ və Avrozona üçün iqtisadi artım proqnozunu müvafiq olaraq 1,2% və 0,8%-ə yüksəldib. OPEC Yaponiyanın iqtisadi artım proqnozunu isə bu il üçün 1,2%-dən 1%-ə endirib.