DÜNYA

12 May

OPEC-in neft hasilatı azalıb

OPEC-in aprel ayında neft hasilatı mart ayı ilə müqayisədə sutkada 191 min barel azalaraq gündəlik 28,6 milyon barelə enib.

Fins.az xəbər verir ki, bu barədə OPEC-in may hesabatında qeyd edilib. 

Məlumata görə, 2023-cü ilin aprel ayında 13 OPEC ölkəsinin ümumi neft hasilatı sutkada orta hesabla 28,6 milyon barel təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə sutkada 191 min barel azdır. Neft hasilatı əsasən Səudiyyə Ərəbistanı, Anqola və İranda artıb, İraq və Nigeriyada isə azalıb.