DÜNYA

12 May

Dünya bazarlarının əsas indeks göstəriciləri

Mayın 11-də Amerika fond bazarında Dow Jones indeksi 0,66% – 33,309.51 bəndədək, SP 500 indeksi 0,17% – 4,130.62 bəndədək azalıb, Nasdaq indeksi isə 0.18% – 12,328.51 bəndədək artıb.

Fins.az xəbər verir ki, Avropa fond bazarlarında mayın 11-də Almaniyanın DAX indeksi 0,39% – 15,834.91 bəndədək, FTSE 100 indeksi 0,14% – 7,730.58 bəndədək azalıb, Fransanın CAC-40 indeksi isə 0,28% - 7,381.78 bəndədək artıb.

Avro isə ABŞ dolları qarşısında ötən günlə müqayisədə 0.12% dəyər qazanaraq 1.0929 dollara bərabər olub.