Yanvar-aprel aylarında Çin və Rusiya arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 41,3% artaraq 73,15 milyard dollar təşkil edib.
Fins.az "RBC"ya istinadən xəbər verir ki, Çinin Rusiyaya tədarükləri ötən ilin birinci rübü ilə müqayisədə 67,2% artaraq 33,7 milyard dollar olub.
Rusiya idxalı isə 24,8% artaraq 39,5 milyard dollar təşkil edib.
Zəminə Hüseyn
Fins.az