DÜNYA

10 May

Avstraliya viza rüsumlarını artırır

Avstraliya hökuməti ziyarətçi və immiqrant viza növləri üçün müraciət rüsumlarını artıracaq.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, iyun ayından etibarən viza müraciəti rüsumlarını 6-40 % arasında artıracağı bildirilib.

Bu çərçivədə ziyarətçi, qısamüddətli iş vizası və təhsil vizası kimi qısamüddətli viza növlərinin ödənişlərində 15 % artım olacaq.

Zəminə Hüseyn
Fins.az