DÜNYA

09 May

"Saudi Aramco"nun xalis mənfəəti 19% azalıb

Səudiyyə Ərəbistanının neft nəhəngi "Saudi Aramco" bu ilin birinci rübündə 31,9 milyard dollar xalis mənfəət əldə edib.

Fins.az şirkətin hesabatına istinadən xəbər verir ki, şirkətin mənfəəti nefin ucuzlaşması səbəbilə illik müqayisədə 19% azalıb. 

Məlumata görə, 2023-cü ilin birinci rübündə şirkət tərəfindən satılan neftin orta qiyməti bir barel üçün 81 dollar olduğu halda, bir il əvvəl kotirovkalar bir barel üçün 97,7 dollar olub.

Əlavə edək ki, hesabat dövründə şirkətin sərbəst pul axını 2022-ci ilin eyni dövrü ilə müqayisədə 0,8% artaraq 30,89 milyard dollar olub.