DÜNYA

09 May

ABŞ-da istehlakçıların qısamüddətli inflyasiya gözləntiləri aşağı düşüb

ABŞ Federal Ehtiyat Sisteminin (FED) Nyu-York şöbəsi aprel ayı üzrə istehlakçıların gözləntiləri sorğusunun nəticələrini açıqlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, istehlakçıların qısamüddətli inflyasiya gözləntilərinin aprel ayında 4,7 % dən 4,4 %ə düşüb.

Növbəti 3 illik dövrü əhatə edən orta müddətli inflyasiya gözləntisi aprel ayında 0,1 % bəndi artaraq 2,9 % ə yüksəlib.

Zəminə Hüseyn
Fins.az