Avropada son 30 ilin ən yüksək səviyyəsinə çatan inflyasiya və artan faizlər şəxsi istehlaka mənfi təsir göstərərək iqtisadiyyatı yavaşlatsa da, qitədəki bir çox şirkət işçilərin sayını azaltdıqlarını dayandırdıqlarını açıqlayıb.
Fins.az "Anadolu Ajansı"na istinadən xəbər verir ki, Avropada avtomobil, qida, pərakəndə satış, sənaye və mühəndislik, texnologiya, telekommunikasiya, maliyyə və digər sektorlarda hər gün yeni ixtisarlar əlavə olunur.
Avtomobil istehsalçısı "Stellantis", İtaliyadakı əməliyyatlarında könüllü ixtisarlar vasitəsilə 2000 işçini ixtisar etmək üçün fevral ayında həmkarlar ittifaqları ilə razılığa gəlib.
İsveçin "Volvo" şirkəti mart ayında 1600 nəfəri işdən çıxararaq, Avropadakı avtobus istehsalını yenidən quracağını açıqlayıb.
İsveçdə yerləşən "Volvo Cars" mayın 4-də İsveçdə əlavə 1300 nəfəri işdən çıxarmaq qərarını açıqlayıb. Bu rəqəm şirkətin öz ölkəsindəki işçi qüvvəsinin 6 %ni təşkil edir.
Zəminə Hüseyn
Fins.az