İnflyasiya məlumatlarında yavaşlama ilə başlayan siqnalların gündən-günə gücləndiyini bildirən analitiklər, Çin iqtisadiyyatına da mənfi təsir göstərə biləcəyini bildiriblər.
Fins.az "Anadolu Ajansı"na istinadən xəbər verir ki, Çində İstehlakçı Qiymətləri İndeksi (TÜFE) mart ayında 0,7% artaraq, gözləntilərin altında qalıb. İstehsalçı Qiymətləri İndeksi isə (ÜFE) 2,5% azalıb.
Çində sənaye istehsalı illik bazda 3,9%, ilin əvvəlindən isə 3 % artaraq gözləntilərin gerisində qaldı. Digər tərəfdən, ölkədə tikinti sektoru da yavaşlama meyli göstərsə də, ilin əvvəlindən qiymətli kağızlara əsaslanan investisiyalar 5,8 % azalıb.
Zəminə Hüseyn
Fins.az