DÜNYA

04 May

Berlində kirayə qiymətləri artıb

84 milyon əhalisi olan Almaniyada daşınmaz əmlak bazarındakı təzyiqi azaltmaq üçün təxminən 700 min yeni yaşayış yerinə ehtiyac var.

Fins.az "Anadolu Ajansı"na istinadən xəbər verir ki, Berlində orta kirayə qiymətləri 2010-cu ildən bəri 100 %-dən çox artıb, yeni mənzillərin hər kvadrat metri ən azı 26 avroya kirayə verilir.

Kirayələrin ən çox artdığı paytaxt Berlində əhalinin əksəriyyəti kirayədə qalır.

Zəminə Hüseyn
Fins.az