Japan Airlines (JAL) 2022-ci maliyyə ilində 34,4 milyard yen (255 milyon dollar) xalis mənfəət əldə edib.
Fins.az "Anadolu Ajansı"na istinadən xəbər verir ki, şirkət son 3 maliyyə ilində ilk dəfə mənfəət mövqeyinə keçib.
Aviaşirkət sonuncu dəfə 2021-ci maliyyə ilində 177,5 milyard yen xalis zərər qeyd edib.
Zəminə Hüseyn
Fins.az