Almaniya Statistika İdarəsi (Destatis) ixracat və idxalın mart ayında göstəricilərini açıqlayıb.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, Almaniyada mart ayında idxal 2,1 % azalaraq təxminləri üstələyib.
İxrac isə 2,2 % azalaraq proqnozdan xeyli yuxarı olub. İxrac keçən ilin eyni ayına görə 5,0% artaraq 129,7 milyard avro olub.
Zəminə Hüseyn
Fins.az