Beynəlxalq Valyuta Fondu (BVF-IMF) 2023 və 2024-cü illər üzrə Azərbaycanın daxil olduğu Qafqaz və Mərkəzi Asiyanın neft ixrac edən ölkələrinin (CCA OE) iqtisadi artım proqnozunu yeniləyib.
Fins.az xəbər verir ki, Fond bu il sözügedən üç ölkə -Azərbaycan, Qazaxıstan və Türkmənistanda real ümumdaxili məhsul (ÜDM) artımını 3,8%, 2024-cü ildə isə 4,1% proqnozlaşdırıb. 2022-ci il üzrə bu rəqəm 3,3% təşkil edib.
BVF qeyri-neft sektoru üzrə real ÜDM-in artımını 2023-cü il üzrə 3,4%, 2024-cü il üzrə isə 3,2% müəyyən edib. 2022-ci ildə CCA OE-nin qeyri-neft ÜDM-nin artımı 5,2%-ə bərabər olub.
Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu bundan əvvəl ölkələr üzrə açıqladığı hesabatda isə Azərbaycanda iqtisadi artımı 2023-cü il üzrə 2,5% proqnozlaşdırıb.