BMT-nin hesablamalarına görə, Hindistan 2023-cü ilin aprelinə olan əhalinin sayına görə Çini geridə qoyaraq “dünyanın ən sıx məskunlaşdığı ölkəyə çevrilib”.
Fins.az "Anadolu Ajansı"na istinadən xəbər verir ki, Hindistan əhalisinin bu il 1,4 milyardı keçən artımı 2064-cü ilə qədər davam edəcək.
Qeyd edək ki, 1970-ci illərin sonunda Çində doğum əmsalı 2,7-yə düşmüş, Hindistanda isə 4,8-də yüksək olaraq qalmışdır.
Zəminə Hüseyn
Fins.az