DÜNYA

03 May

Türkiyədə illik inflyasiya azalmaqda davam edir

Türkiyə Statistika Təşkilatına (TÜİK) inflyasiya ilə bağlı məlumatları açıqlayıb.

Fins.az “Anadolu Ajansı”na istinadən xəbər verir ki, aprel ayında inflyasiya 43.68%-ə kimi azalıb. 

İllik inflyasiya son 18 ayda istehlak qiymətlərində 43,68% , yerli istehsalçı qiymətlərində isə 52,11% olmaqla son 16 ayın ən aşağı səviyyəsinə düşüb.

İqtisadçılar əvvəlki ayda 50,51% olan illik inflyasiyanın 44,06 %-ə enəcəyini hesablamışdılar.

Zəminə Hüseyn
Fins.az