Qara Dəniz Fındıq və Məhsulları İxracatçıları Birliyi tərəfindən 2022-2023-cü il ixrac mövsümü 1 sentyabr 2022-ci ildən 30 aprel 2023-cü il tarixinə qədər olan dövr haqqında məlumat verilib.
Fins.az “Anadolu Ajansı”na istinadən xəbər verir ki, 2022-2023 fındıq ixracı mövsümünün 8 aylıq dövründə Türkiyə 1,3 milyard dollardan çox gəlir əldə edib.
Açıqlamada, sözügedən dövrdə xaricə 1 milyard 318 milyon 197 min 625 dollara 220 min 801 ton fındığın satıldığı, aprel ayında isə 19 min 488 ton fındıq 125 milyon 115 min 555 dollar qarşılığında satıldığı qeyd edilib.
Zəminə Hüseyn
Fins.az