Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 430 ABŞ dollarından aşağı enib.
Fins.az xəbər verir ki, 2 may tarixində iyun fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 427 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (441,7 dollar) ilə müqayisədə 3,3% azdır.
Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.