Rusiya Maliyyə Nazirliyinin verdiyi açıqlamaya görə, Ural neftinin qiyməti yanvar-aprel dövründə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 39,7 % azalaraq 51,05 dollar/barelə satılıb.
Fins.az “Anadolu Ajansı”na istinadən xəbər verir ki, aprel ayında Ural neftinin bir bareli 58,63 dollara alınıb.
Ötən ilin eyni dövründə orta hesabla 84,68 dollara satılan Ural neftinin bir barel qiymətinin bir il ərzində 39,7 faiz ucuzlaşması diqqət çəkib.
Zəminə Hüseyn
Fins.az