DÜNYA

02 May

Çinin iqtisadi artımı bu il 5,2% artacağı gözlənilir

Beynəlxalq Valyuta Fondu (BVF) Asiya-Sakit Okean regionu üzrə iqtisadi artım proqnozunu 0,3 % artıraraq 4,6 % ə çatdırdığını açıqlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, hesabatda Çinin bu il iqtisadi artım proqnozunun 0,8 bənd artırılaraq 5,2% ə çatdırıldığı, gələn il üçün isə artım proqnozunun 4,5 səviyyəsində sabit saxlanıldığı qeyd edilib.

BVF hesabatında Hindistanın bu il üçün iqtisadi artım proqnozunun 0,2 bəndi azalaraq 5,9 %, 2024-cü il üçün isə 0,5 bəndi azalaraq 6,3 % təşkil etdiyi vurğulanıb.

Zəminə Hüseyn
Fins.az