DÜNYA

02 May

Geoffrey Hinton süni intellekt ilə bağlı xəbərdarlıq

"Süni intellektin atası" kimi xarakterizə edilən 75 yaşlı Geoffrey Hinton süni intellekt sahəsindəki işinə görə peşman olduğunu deyərək "Google"dan istefa verdiyini açıqlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki,New York Times qəzetinə açıqlama verən Hinton, "Bu sahədəki inkişaflardan qaynaqlanan potensial təhlükələr səbəbiylə süni intellektlə bağlı işimdən peşmanam" deyib.

Süni intellektli chatbotların hazırda insanlardan daha təhlükəli olmadığını, lakin potensial təhlükələrinin bəzilərinin olduqca qorxulu olduğunu ifadə edən Hinton, onların yaxın gələcəkdə insanlardan daha ağıllı ola biləcəyi qənaətində olduğunu ifadə etdi.

Prosesin irəliləyiş tempini nəzərə alaraq kifayət qədər sürətlə inkişaf edəcəyini gözlədiyini qeyd edən Hinton, bu səbəbdən narahat olmaq lazım olduğunu bildirib.

Zəminə Hüseyn
Fins.az