DÜNYA

02 May

Almaniyada ərzaq inflyasiyası mart ayında orta göstəricidən üç dəfə yüksəkdir

Almaniyanın Federal Statistika İdarəsi (Destatis) məlumatına görə, mart ayında ərzaq inflyasiyası ümumi inflyasiya səviyyəsindən üç dəfə yüksək olub.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, qeyri-ərzaq pərakəndə satışı (toxuculuq, geyim, ayaqqabı və dəri məmulatları) mart ayında illik müqayisədə 7,2 % azalıb.

Digər tərəfdən, Alman Pərakəndə Satıcılar Birliyi (HDE) yüksək inflyasiya səbəbindən xərclərin artması ilə bu il təxminən 9,000 pərakəndə biznesin bağlanacağını proqnozlaşdırır.

Zəminə Hüseyn
Fins.az