Belçikada Milli Əmək Şurası çərçivəsində işəgötürənlərlə işçi nümayəndələri arasında razılaşma ilə işə velosipedlə gedənlərə pul verilməsi qərarına gəlinib.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, işə velosipedlə gedənlər üçün hər kilometrə 0,27 avro müavinət ayrılacaq.
Bir işçinin gündəlik velosiped pulu 40 kilometrdən çox ola bilməz. Beləliklə, velosiped pulu gündə 10,8 avro ilə məhdudlaşdırılacaq.
Zəminə Hüseyn
Fins.az