"Fitch" beynəlxalq reytinq agentliyi Fransanın suveren kredit reytinqini "AA-" səviyyəsinə endirib.
Fins.az xəbər verir ki, bu barədə qurum məlumat açıqlayıb.
Reytinqin endirilməsinə səbəb isə Fransada sosial iğtişaşların artmasıdır. "Fitch" Avrozonanın ikinci ən böyük iqtisadiyyatı olan Fransada bu il ümumi daxili məhsulun (ÜDM) 0,8% artacağını proqnozlaşdırır.
Əlavə edək ki, bu ilin birinci rübündə Fransa iqtisadiyyatı 0,2% böyüyüb.