DÜNYA

01 May

İstanbulda pərakəndə satış qiymətləri 4,57% artıb

Aprel ayında İstanbulda əvvəlki ayla müqayisədə pərakəndə satış qiymətləri 4,57%, topdansatış qiymətləri isə 3,14 % artıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, illik artım pərakəndə satışda 62,46 %, topdansatış qiymətlərində isə 70,58 % olub.

Geyim xərclərində 29,04%, mədəniyyət, təhsil və əyləncə xərclərində 11,97%, ərzaqda 3,87%, ev təsərrüfatlarında 2,32%, mənzil xərclərində 1,68%, nəqliyyat, sağlamlıq və avtomobil xərclərində 1,32 % artım müşahidə olunub.

Zəminə Hüseyn
Fins.az